Azərbaycan Paşinyana sərt cavab verdi: "Yalan danışır" - RƏSMİ

Ermənistan öz Konstitusiyasında dəyişikliklər edənə və bütün hüquqi və siyasi tələblərdən imtina edənə qədər Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə "X"də yazıb.

O bildirib ki, tarixi faktları təhrif etməmək lazımdır: "1919-cu il Sülh Konfransına təqdim edilmiş xəritədə nümayiş etdirilən rayonlar məsələsinə gəldikdə (Baş nazir onları Ermənistanın Sünik, Vayots-Dzor vilayətləri kimi tam Azərbaycanın tərkibinə daxil etdiyi, həmçinin Ararat, Armavir, Geqarkunik, Qismən daxil olan Tavuş, Şirak, Lori vilayətləri) tarixi faktları təhrif etməmək üçün xatırlatmaq lazımdır. Bu bölgələrin rəsmi olaraq Ermənistanın tərkibinə daxil edildiyi tarixlər, Azərbaycan xəritəsinin Antantaya təqdim edilməsindən xeyli sonradır: Sünik (Zəngəzur) – 30 noyabr 1920 və Vayots Dzor (Dərələyəz) – 10 avqust 1920. Sadalanan digər bölgələrə gəlincə, Baş nazirin sözlərinə görə, onların hissələrinin çoxu dəyişdirilmiş inzibati bölgü ilə Sovet Ermənistanına daxil edilmişdir ki, bu da bəzi hallarda 16 mart 1921-ci il tarixli Moskva müqaviləsi kimi beynəlxalq müqavilələri pozub".

A.Hacızadə diqqətə çatdırıb ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün parlamentdə guya Azərbaycan konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması fikrinin əsası yoxdur: “Paşinyan bununla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”.

 Screenshot_1.png (46 KB)

Onun sözlərinə görə, bu cür bəyanatlar Ermənistan konstitusiyasında yer alan Azərbaycanın ərazi bütövlüyünə dair iddialardan diqqəti yayındırmaq üçün sadəcə faydasız cəhddir: “Birincisi, Azərbaycan Konstitusiyasında Azərbaycanın 1991-ci il İstiqlal Aktına, o da öz növbəsində hazırkı Azərbaycan Respublikasının 1918-2020-ci illərdə Demokratik Respublikasının varisi kimi təsis edilməsi haqqında 1918-ci il İstiqlal Bəyannaməsinə istinad edilsə də, qonşu ölkələrə qarşı heç bir iddia yoxdur".

A. Hacızadə, həmçinin yazıb ki, Ermənistan Konstitusiyası Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsində təsbit olunmuş erməni dövlətçiliyinin fundamental prinsiplərinə və milli istəklərinə, o cümlədən “Ermənistanın və Dağlıq Qarabağın yenidən birləşdirilməsi” məqsədinə əsaslanır: “ Bu sənəddə Türkiyənin bəzi əraziləri də “Qərbi Ermənistan” adlanır”. Bütün bu qanunvericilik aktları Ermənistanın heç vaxt “Dağlıq Qarabağı” Azərbaycanın bir hissəsi kimi tanımadığını göstərir”.

14.11.2024 18:08
1610