Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayeviqətlə yetirməkdə təqsirli bilinən Nizami Eynulla oğlu Abdullayev barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.
Bunu Oxu.Az-a açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
“Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək” , - deyə o bildirib.