Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb

İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib.

O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.

26.07.2022 19:53
509