Azərbaycan Ordusu bu ölkələrin orduları ilə birgə HƏRƏKƏTƏ KEÇƏCƏK

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Aktau şəhərində "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təliminin planlaşdırma konfransı keçirilib.

Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi konfransda təlimə hazırlıq və icra olunacaq tapşırıqlarla bağlı bir sıra məsələlər müzakirə olunub.

Qeyd edək ki, cari ilin iyul ayında Qazaxıstan Respublikasının "Oymaşa" təlim poliqonu, eləcə də Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak Burnunda keçiriləcək təlimdə "Silahlı münaqişələrin yerinin müəyyən edilməsi istiqamətində təlim-döyüş tapşırıqlarının icrası" üzrə fəaliyyətlər yerinə yetiriləcək.

04.04.2024 12:42
1743