Azərbaycan OPEK+ çərçivəsində üzərinə bu öhdəliyi götürdü

2024-cü ildə Azərbaycanda gündəlik neft hasilatı 551 min barel təşkil edəcək.

Musavat.com Energetika Nazirliyinə istinadən xəbər verir ki, ölkə OPEK+ nazirlərinin bu gün keçirilən görüşündə üzərinə məhz bu qədər hasilatı nəzərdə tutan öhdəlik götürüb.

Qeyd edək ki, oktyabr ayında Azərbaycanda faktiki gündəlik neft hasilatı 489 min barel təşkil edib. Bu isə o deməkdir ki, OPEK+ çərçivəsindəki yeni kvota reallıqda hasilatın azaldılmasına gətirib çıxarmayacaq.

 

Musavat.com

30.11.2023 21:25
764