Azərbaycan neftinin son qiyməti

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,26 ABŞ dolları, yaxud 2,81 % azalaraq 78,07 ABŞ dolları təşkil edib.

Bu barədə Musavat.com-a neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda "Brent" markalı neftin yanvar fyuçersləri 76,70 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.

09.12.2022 11:58
867