Azərbaycan neftindən ŞAD XƏBƏR

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,6 ABŞ dolları, yaxud 1,94 % artaraq 83,95 ABŞ dolları təşkil edib.

Bu barədə Musavat.com-a neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda "Brent" markalı neftin fevral fyuçersləri 78,69 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından götürülüb.

06.01.2023 09:37
1172