Azərbaycan neftindən ŞAD XƏBƏR

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,56 ABŞ dolları, yaxud 2,9 % artaraq 90,38 ABŞ dolları təşkil edib.

Bu barədə Musavat.com-a neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda "Brent" markalı neftin yanvar fyuçersləri 86,98 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.

02.12.2022 09:35
1380