Azərbaycan nefti UCUZLAŞIB

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti ucuzlaşıb.

Musavat.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,09 ABŞ dolları, yaxud 0,11 % azalaraq 84,05 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

04.02.2023 12:34
657