Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti ucuzlaşıb.
Musavat.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,78 ABŞ dolları və ya 2,92% azalaraq 125,63 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Musavat.com