Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti bahalaşıb.
Musavat.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,04 ABŞ dolları və ya 0,04% artaraq 91,19 ABŞ dollarına yüksəlib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Musavat.com