Azərbaycan nefti BAHALAŞDI

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelə olan qiyməti 0,68 ABŞ dolları və ya 0,5% artaraq, 127,48 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

01.06.2022 10:28
795