Azərbaycan nə istəsə, onu verəcəyik - Paşinyanın formulu

“Nikol Paşinyanın partiyasının Hankavanda keçirilən iclasında baş nazir “Real Ermənistan” konsepsiyası ilə bağlı “mötərizələr” açıb”.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Paşinyanın “Həqiqi Ermənistan” ideologiyası bundan ibarətdir: biz artıq mövcud olmaq, sağ qalmaq arzusundayıq, əziyyət çəkmək, daha heç nəyi qurban vermək istəmirik, sadəcə yaşamaq istəyirik. Xalqın öz elitasına və hakim əksəriyyət olaraq bizə mesajı budur.

İclasda oturanlardan bəziləri onun dediklərinin əsl mənasını başa düşüblər və sərhədlərin müəyyən edilməsi, ərazi güzəştləri ilə bağlı suallar yağdırıblar. Lakin Paşinyan heç bir suala dəqiq cavab verməyib və sadəcə bunları təkrar edib: Azərbaycan nə istəsə, onu da verəcəyik ki, müharibə olmasın”, - deyə yazıda qeyd olunub.

Musavat.com

26.06.2024 17:49
1370