Azərbaycan NATO sammitində iştirak edəcək - Ceyhun Bayramov Vaşinqtona getdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Bu barədə Musavat.com-a Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçiriləcək NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Musavat.com

09.07.2024 09:15
1148