Azərbaycan mobil internetin sürətinə görə Cənubi Qafqazın lideridir

Dünyada ölkələrin mobil internetin sürətinə görə reytinqini tərtib edən Speedtest Global Index açıqlanıb.

Musavat.com xəbər verir ki, Azərbaycan 53,98 Mbit/s sürətlə 49-cu yerdə, Gürcüstan isə 68-ci yerdədir (38,43 Mbit/s).

Cənubi Qafqazın digər ölkəsi olan Ermənistan mobil internetin sürətinə görə dünyada 81-ci yerdədir: burada mobil internetin sürəti 31,16 Mbit/s təşkil edir.

Reytində birinci yeri Birləşmiş Ərəb Əmirlikləri tutub - 360 Mbit/s sürətlə. İkinci yerdə Qətər (344 Mbit/s), üçüncü yerdə isə Küveyt (232 Mbit/s) qərarlaşıb.

 

Musavat.com

20.08.2024 00:07
382