Azərbaycan minalanmaya dair sübutları Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib

Azərbaycan Ermənistanın sentyabrda minalanmanı davam etdirməsinə dair sübutları Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.

Bu barədə APA-ya XİN-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan tərəfi bu ilin sentyabr ayında Ermənistan tərəfindən ərazilərin minalanmasının davam etməsinin Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci ildə qəbul etdiyi müvəqqəti qərarları açıq aşkar pozması barədə məhkəməyə rəsmi məlumat verib, aidiyyəti sübutları təqdim edib.

25.10.2022 11:11
485