Türk lirəsinin sürətlə ucuzlaşması Azərbaycan valyutasını Türkiyənin milli valyutası üzərində daha da dəyərli edib.
Belə ki, manat TL qarşısında yeni rekord qıraraq 20 lirəni keçib. Bu da Azərbaycan vətəndaşlarının alış-veriş üçün Türkiyəyə üz tutmasına illərdir şərait yaradır.
Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, Naxçıvanda yaşayan vətəndaşlarımız kütləvi şəkildə Iğdıra gedir, alış-veriş edir və ölkəyə qayıdırlar.
Qeyd edək ki, Azərbaycan manatının dizayneri avstriyalı Robert Kalinadır. Bu dizayner həm də avronu və Suriya funtunu tərtib edən şəxsdir. Bu səbəbdən əskinaslar üzərində motiv seçiminin avrodan ilhamlanaraq oxşar olduğu bildirilir.
Şahanə Rəhimli
Musavat.com