Azərbaycan - Macarıstan oyununun stadionu AÇIQLANDI

Azərbaycan milli komandasının Macarıstan yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri müəyyənləşib.

Musavat.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma rəqibini iyunun 10-da “Liv Bona Dea Arena”da qəbul edəcək.

Qarşılaşmanın başlama saatı hələlik məlum deyil.

04.04.2025 17:54
519