“Azərbaycan kişisi hambal olmalıdır, qadını isə...” - VİDEO

"Babam həmmişə bizə deyirdi ki, siz oğlanlar bilin ki oxusanız da belə sizin alnınıza nökərlik, köləlik, qulluq yazılıb. Yəni gələcəkdə sizin taleyiniz belə olacaq. Yəni sən evə də sən baxmalısan, bazarlığı da sən etməlisən. Mənim babam da, atam da və mən də belə olmuşam". 

Musavat.com olay-a istinadən bildirir ki, bu sözləri Xalq artisti İlham Namiq Kamal qonaq olduğu "YouTube"da yayımlanan "Künc-Bucaq" layihəsində deyib.

Akademik Musiqili Teatrının aktyoru bildirib ki, azərbaycan kişisi hambal olmalıdır:

"Azərbaycan kişisi hambal kimi olmalıdır. Bəli, əsl kişi hambal olmalıdır və hambalların qədrini bilmək lazımdır. Amma mən eşidirəm ki, elə xanımlar var ki, hambalların qədrini bilmirlər. Mən ailənin hambalından danışıram. Ailənin hambalı ailənin qalxanı, can güdənidir. Qadın da ailənin biş-düşürü olmalıdır".

21.10.2024 13:00
957