Azərbaycanın Kahramanmaraşda inşa edəcəyi şəhərciyin təməlqoyma mərasimi keçirilib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, təməl atma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev videobağlantı şəklində qatılıb.
Mənzillərin 1 il ərzində sahiblərinə təhvil verilməsi nəzərdə tutulub.
***
Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edəcək.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST”də çıxışı zamanı bildirib.
O qeyd edib ki, artıq layihənin təməli atılıb və 1 il ərzində həmin evlər zəlzələ zamanı evlərini itirmiş şəxslərə təhvil veriləcək.
Ərdoğan qeyd edib ki, şəhərcikdə məktəb, məscid və digər tikililər də inşa ediləcək.