Azərbaycan İrana lazımi dəstəyi verməyə HAZIRDIR

İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanı daşıyan helikopterin qəzaya uğraması ilə bağlı xəbər bizi dərindən narahat edir.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"dəki paylaşımında deyilir.

"Xilasedicilər hadisə yerinə çatmağa çalışarkən onların təhlükəsizliyi və qorunması üçün dua edirik. Azərbaycan dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır", - paylaşımda deyilir.

19.05.2024 20:09
1896