Azərbaycan Mərkəzi Bankı, Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı (WB) arasında görüşlər keçirilib.
"Report" xəbər verir ki, bu barədə Taleh Kazımov tviterdə yazıb.
"İyulun 3-6-da Beynəlxalq Valyuta Fondu və Dünya Bankında Azərbaycanın da üzv olduğu Seçki Qrupunun 30 illiyinə həsr olunmuş toplantı çərçivəsində görüşlərə başladıq”, - AMB sədri qeyd edib.