Azərbaycan idmanına AĞIR İTKİ - Tanınmış məşqçi VƏFAT ETDİ

Azərbaycanın əməkdar güləş məşqçisi Tariyel Nəsibov vəfat edib.

Musavat.com report-a istinadən xəbər verir ki, Qazaxda yunan-Roma güləşinin inkişafında böyük pay sahibi olmuş mütəxəssis 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Tariyel Nəsibov dünya və Avropa çempionu Həsən Əliyevin ilk məşqçisi olub.

06.07.2023 16:41
1542