Azərbaycan Gürcüstana təşəkkür edib

“Gürcüstanın xarici işlər naziri İlya Daçiaşvili ilə görüşmək xoş oldu”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov tvitter hesabında yazıb.

“Azərbaycan-Gürcüstan möhkəm strateji tərəfdaşlığının əhəmiyyəti bir daha vurğulanıb, regionda davamlı sülh və tərəqqiyə nail olmaq üçün göstərilən səylərə görə minnətdarlıq bildirilib”, - XİN başçısı qeyd edib.

16.07.2022 16:55
381