Rus dilində yazan Azərbaycan əsilli yazıçı Eduard Bağırov 47 yaşında vəfat edib. Telegram kanalı 112 iddia edir ki, o, aprelin 1-də daxili qanaxma ilə xəstəxanaya yerləşdirilib. Bağırov yazıçı kimi “Qastarbayter” romanı ilə, ictimai xadim kimi LiveJournal-da və televiziyada qalmaqallar və atışmalarla məşhurlaşıb.
Musavat.com xəbər verir ki, Eduard Bağırovun vəfatını ictimaiyyətə İlya Varlamov çatdırıb. O. Teleqram kanalında yazıb:
“Yazıçı Eduard Bağırov vəfat edib, onun ətrafındakı iki mənbə bildirib. Onlardan birinin dediyinə görə, son həftə yazıçı komada olub, onun bütün orqanları iflas edib. Bağırovun 47 yaşı var idi".
Bağırov xəstəxanaya yerləşdirilərkən ona qaraciyər sirrozu diaqnozu qoyulubmuş.
Mərhum yazıçı Eduard İsmayıl oğlu Bağırov 25 oktyabr 1975-ci ildə azərbaycanlı və rus ailəsində anadan olub. Yetkinlik yaşına qədər Türkmənistanda yaşayıb. O, Aşqabaddakı hərbi xidmətə çağırılıb. İki aydan sonra o, Saparmurad Niyazov rejimindən Rusiyaya qaçıb. 1994-cü ilin yanvar ayından Moskvada yaşayıb. Elə həmin il o, RSFSR Cinayət Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsi “Oğurluq” ilə məhkum edilib, cəzasını Rusiya həbsxanasında çəkib. E.Bağırov cəzasını çəkdikdən sonra Nijni Novqorod vilayətinə anasının vətəninə gəlib. Bir il keçməmiş o, paytaxta qayıdıb bizneslə məşğul olub. 2001-ci ildə Moskva Dövlət Su Nəqliyyatı Akademiyasının hüquq fakültəsinə daxil olmuş və qısa müddət ərzində təhsil alıb.