Azərbaycan-Ermənistan sərhəd komissiyalarının ikinci görüşü gələn həftə keçiriləcək

“Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının ikinci görüşü gələn həftə Moskvada keçiriləcək”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko söyləyib.

Xatırladaq ki, ötən gün əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.

25.05.2022 12:45
661