Fransa prezidenti Emmanuel Makron və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev birgə bəyannamə imzalayıblar.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sənəddə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına və iki ölkə arasında sülh sazişinin tezliklə imzalanmasına tam dəstək ifadə olunub.
“Prezidentlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq hər iki dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşaraq, regionda ədalətli və sabit sülhün bərqərar olmasına imkan verəcək sazişin tezliklə imzalanmasına tam dəstəyini ifadə ediblər”, - deyə məlumatda bildirilir.
Bundan başqa, prezidentlər birgə bəyannamədə Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı üçün Cənubi Qafqazda sabitliyin vacibliyini vurğulayıblar.
Musavat.com