Azərbaycan Ekologiya nazirliyinin əməkdaşları Xankəndidə - VİDEO

Xəbər verildiyi kimi, Azərbaycan dövlət qurumlarının Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji araşdırma aparmaq üçün mütəxəssislər göndərib.

Musavat.com xəbər verir ki, Ermənistan mənbələrinin yazdığına görə insidentin qarşısını almaq üçün sülhməramlılar hərəkətə keçib.

Danışıqlar nəticəsində Azərbaycanın Ekologiya Nazirliyinin və “AzerGold” şirkətinin əməkdaşları Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Xankəndinə yola düşüblər! Azərbaycanın Xankəndində sülhməramlıların qərargahında sülhməramlıların müvəqqəti yerləşdiyi bölgədə ekoloji monitorinqin təşkili və aparılması məsələsi müzakirə olunacaq.

Nigar HƏSƏNLİ,
Musavat.com

03.12.2022 16:00
3738