2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın rabitə və informasiya sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2 milyard 863,6 milyon manatlıq xidmətlər göstərilib.
Musavat.com Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz artım deməkdir.
Hesabat dövründə göstərilən xidmətlərin 72,3 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 35,1 faizi və ya 1 milyard 4,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Musavat.com