Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 695 milyon ABŞ dolları dəyərində mal idxal edib.
Bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.
Bu, 2023-cü ilin eyni dövrünə nisbətən 5,3 % azdır. Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 1,2 % artaraq 71 milyard 790 milyon ABŞ dollarına çatıb. Türkiyədən ən çox idxalı Almaniya (5,930 milyard ABŞ dolları; 5,5 % az), ABŞ (4,166 milyard ABŞ dolları; 8,1 % çox), İtaliya (3,902 milyard ABŞ dolları; 5 % çox) və İngiltərə (3,828 milyard ABŞ dolları; 5,5 % çox) həyata keçirib.
Təkcə aprel ayında isə Türkiyədən Azərbaycana 181,5 milyon ABŞ dollarlıq mal ixrac edilib ki, bu da 1 il əvvələ nisbətən 10,9 % çoxdur. Türkiyənin Azərbaycana aylıq ixracı onun ümumi ixracının 1,1 %-i qədər olub.//Report