Özbəkistan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.
Baş Prokurorluqdan Musavat.com-a verilən məlumata görə, 1997-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Akbarov Abror Anvar oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Özbəkistanda xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş A.A.Akbarov cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.