Ağır atletika üzrə Avropa çempionatının açılışında Azərbaycan bayrağını yandıran dizayner Aram Nikolyan polisə aparılıb.
Musavat.com bildirir ki, bu barədə vəkil Aleksandr Koçubayev açıqlama verib.
Qeyd olunub ki, Nikolyan Malatiya-Sebastiya bölgəsinin polis şöbəsindədir. Vəkilin sözlərinə görə, “xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb.
İlkin məlumatlara görə, o, tədbirin təşkili ilə, xüsusən şou dizaynı işləri ilə məşğul olub.
Musavat.com