Azərbaycan Baş naziri Qırğızıstan NK-nın sədrinə başsağlığı verib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarova başsağlığı məktubu ünvanlayıb.

Musavat.com-un xəbərinə görə, Baş nazir qeyd edib ki, Rusiya Federasiyasının Ulyanovsk vilayətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Qırğızıstan vətəndaşlarının həlak olması və yaralanması xəbəri onu dərindən sarsıdıb.

Məktubda Qırğızıstan Nazirlər Kabinetinin sədrinə, həmçinin həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığı verilir.

22.08.2022 15:53
449