Aktyor Fərda Xudaverdiyev həmkarı Azər Axşamın "Fərda aktyordusa, onda mən kiməm?" sözlərinə cavab verib.
Musavat.com bizim.media-ya istinadən bildirir ki, bu haqda Fərda qonaq olduğu "Zarafat bir yana" verilişində danışıb.
Xudaverdiyev əvvəlcə suala gülsə də daha sonra üz ifadəsi 180 dərəcə dəyişib və əsəbiləşib:
"Bu sualı Azərin özünə vermək lazımdır. Hər kəsin öz mərifəti və öz qanacağı var. Özü haqda necə düşünürsə, özü haqda qoy elə də düşünsün. Söhbət yazılan sosial şəbəkələrdə şərhlərdən yox real həyatda insanların sevgisindən, hörmətindən gedir. Azər elə bir yaşdadır ki, bizdən əvvəlcə başlayanlardandır. Ona görə mənin ona nəsə deməyim ayıb olar. Əgər onun üçün mən aktyor deyiləmsə, o da mənim üçün heç kimdir".