8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev təşviqat başlayan ilk görüşünü Şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə keçirdi.
Görüşü giriş sözü ilə açan Azay Quliyevin vəkili, Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş polkovnik-leytenant Etibar Camalov ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunmasında və bərpasında canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdi.
Etibar Camalov Azay Quliyevin deputat kimi fəaliyyətini yüksək qiymətləndirdi və onun hər zaman Şəhid ailələrinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının yanında olduğunu, bütün müraciətlərinə həssaslıqla yanaşdığını və seçicilərini Milli Məclisdə ləyaqətlə təmsil etdiyini bildirdi. Polkovnik-leytenant xüsusilə vurğuladı ki, seçkilərdə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları, onların ailə üzvləri və yaxınları sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə yaxından iştirak edəcək və deputatlığa namizəd Azay Quliyevə səs verəcəklər.
Daha sonra söz Azay Quliyevin vəkili, şəhid İbrahim Sadıqlının atası Şahin Sadıqlıya verildi. Şahin Sadıqlı Azay Quliyevin Şəhid ailələirnə, qazilərə diqqət və qayğısından danışdı, onun seçkidən seçkiyə yox, daim seçicilərin yanında olduğunu diqqətə çatdırdı.
Daha sonra söz, Azay Quliyevin vəkili, “Azərbaycan Bayrağı”ordenli, şəhid polkovnik-leytenant Ruslan Tağıyevin həyat yoldaşı Günay Tağıyevaya verildi. Günay xanım Azay Quliyevin daim şəhid ailələrinə dəstək olduğunu, onları hər zaman ziyarət etdiyini bildirdi.
Daha sonra çıxış edən tədbir iştirakçıları bildirdilər ki, bu seçkilərdə bizim dəstəklədiyimiz tək namizəd Azay Quliyevdi və biz hamımız yenidən onu deputat seçəcəyik.
Sonda çıxış edən deputatlığa namizəd Azay Quliyev Vətənimizin azadlığı uğrunda canlarını fəda edən bütün Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə və veteranlarımıza möhkəm cansağlığı dilədi. O bildirdi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə
44 günlük Vətən Müharibəsi və 1 günlük antiterror tədbirləri Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcəyin, yeni bir inkişaf mərhələsinin və yeni bir tarixi eranın əsasını qoyub: “Cənab İlham Əliyevin iradəsi, usta siyasəti nəticəsində Müzəffər Ordumuzun Qarabağı azad etməsindən, suverenliyimiz tam bərpa olunduqdan sonra ölkədə tamamilə yeni bir dövr, mərhələ yaranıb. Bu tarixi eranın bütün şərtlərinə və çağırışlarına hazır olmaq, hazırkı geosiyasi təlatümlarda milli maraqlarımızı güzəştsiz şəkildə qorumaq, dövlətimizin daha da güclənməsi və xalqımızın sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində cənab Prezident tərəfindən həyata keçirilən siyasətin uğurla davam etməsi baxımından sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər xüsusi əhəmiyyətə malikdir”.
Azay Quliyev bildirdi ki, mövcud reallıqlara, tarixi hadisələrin fonunda məhz “Birlikdə Güclüyük!” şüarı seçilib: “Biz seçki kampanyamızı da bu ruhda aparacağıq”.
Sonda seçicilər səsvermə günü Azay Quliyevə səs verəcəklərini, onu yenidən qalib görmək istədiklərini dedilər.