Bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ATƏT PA-nın 31-ci İllik Sessiyası çərçivəsində ATƏT PA-nın İqtisadi məsələlər, Elm, Texnologiya və Ətraf mühit Komitəsinin rəhbərliyinə seçkilər keçirilib.
Musavat.com xəbər verir ki, Azərbaycanın nümayəndə heyətinin rəhbəri Azay Quliyev yenidən və yekdilliklə Komitənin sədri vəzifəsinə seçilib.
Komitənin sədr müavini Ukraynadan olan deputat Artur Gerasimov, məruzəçisi isə Portuqaliyadan olan deputat Paula Kardoza seçilib.
Musavat.com