Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev mayın 28-də Rumıniyanın Buxarest şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, deputat Azay Quliyev səfər çərçivəsində Azərbaycanın 28 may - Müstəqillik Günü münasibətilə ölkəmizin Rumıniyadakı səfirliyinin təşkil etdiyi tədbirlərə qatılacaq.
Səfər mayın 31-da başa çatacaq.
Musavat.com