Millət vəkili Azay Quliyev ATƏT-in Qısamüddətli Müşahidəçilər Missiyasının rəhbəri və Xüsusi koordinatoru qismində Özbəkistanda səfərdədir. O, oktyabrın 25-də ATƏT-in Qısamüddətli Müşahidəçilər Missiyasının rəhbəri və Xüsusi koordinatoru qismində Özbəkistanın Xarici işlər naziri Baxtiyor Saidovla görüşüb.
"Oktyabrın 27-də keçiriləcək parlament seçkilərində xaricdə yaşayan seçicilərin səsverməsi və ATƏT PA ilə əməkdaşlığın genişləndirilməsi daxil olmaqla seçkilərə dair bir sıra məsələləri müzakirə etdik" - deyə Azay Quliyev qeyd edib.
Musavat.com