Azarkeşlır eyş-işrət məclisi təşkil edən futbolçunu döyüblər

Braziliyanın futbol çempionatından çıxış edən “Korintians” klubunun azarkeşləri otel otağına soxularaq futbolçunu döyüblər.

Musavat.com xarici KİV-ə istinala xəbər verir ki, buna səbəb futbolçunun zədə aldığını bəhanə edərək məşqə çıxmaması, məşq əvəzinə dostlarının əhatəsində dörd qadınla eyş-işrət məcslisi təşkil etməsi olub.

Bu hərəkətinə görə azarkeşlər hücumçu Luanı əzişdiriblər.

Braziliya mətbuatı döyülmə zamanı azarkeşlərin futbolçunun klublarını tərk etməsini tələb etdiyini yazıb. Fanatlar Luana qəşqərəblar: "Korinflilərdən çıx!", "sən kluba hörmət etməlisən, klubdan rədd ol, qorxaq!”

Bu davranışın səbəbləri təkcə futbolçunun konkret pozğunluğunda deyil, son zamanlar o, ümumiyyətlə qara zolaqdadır.  Luan üç il yarım əvvəl "Qremio"dan 5 milyon avroya "Korintians" tərəfindən alınıb, lakin gözləntiləri açıq şəkildə doğrultmayıb.

İlk mövsümdə Braziliya A Seriyasında 22 matçda meydanda orta hesabla 50 dəqiqə keçirərək iki qol vurub. Növbəti il ​​o, artıq hər matçda orta hesabla yarım saat oynayıb və 17 oyunda effektiv olmayıb. 2022 çempionatında Luan ilk altı ayda üç dəfə meydana daxil olub.

Musavat.com

 

06.07.2023 14:38
599