TFF 2-ci Liqada mübarizə aparan "Balıkesirspor"un səfərdə 2:0 hesabı ilə uduzduğu matçının qayıdışında restoranda futbolçularla azarkeşlər arasında dava düşüb.
Musavat.com xəbər verir ki, "Balıkesirspor" səfərdə "Uşakspor"a 2:0 hesabı ilə uduzub.
"Balıkesirspor"un bu hesabdan sonra "Uşakspor"la xal fərqi 5-ə yüksəlib.
Qarşılaşmadan sonra “Balıkesirspor” azarkeşləri komandalarına sərt reaksiya göstəriblər. Azarkeşlərin futbolçulara reaksiyası zamanı gərginlik yaşanıb. Müzakirə böyüdükdən sonra futbolçular və azarkeşlər bir-birini təpikləyib və şillələyiblər. Bir azarkeşin də futbolçulara stul atdığı görülüb.
Musavat.com