"Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkətin tarixində ilk dəfə olaraq Bakıdan Maldiv Respublikasının paytaxtı Male şəhərinə ilk reys noyabrın 8-də həyata keçiriləcək.
Musavat.com bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, bu, sərnişinlərə dünyanın ən gözəl guşələrindən birinə asanlıqla çatmaq imkanı yaradacaq.
Uçuşlar həftədə iki dəfə ‒ cümə və bazar günləri yerinə yetiriləcək. Birbaşa uçuşlar yola sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır və sərnişinləri transfer reyslərindən qaynaqlanan narahatlıqlardan azad edir. Bu marşrut vaxtını və rahatlığını qiymətləndirən sərnişinlər üçün mükəmməl seçimdir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Yeni marşrutun ilk sərnişinlərindən biri olmaq və günəşli çimərliklərdən zövq almaq fürsətini qaçırmayın.