"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-İstanbul marşrutu üzrə həyata keçirilən və texniki səbəbdən gecikmiş J2 75 reysinin sərnişinləri saat 13:46-da digər təyyarə ilə uğurla yola düşüblər.
Musavat.com bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, təbii olaraq gecikmiş İstanbul-Bakı marşrutu üzrə reys isə Bakı vaxtı ilə saat 16:50 həyata keçiriləcək.
"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-İstanbul marşrutu üzrə həyata keçirilən J275 reysi texniki səbəbdən gecikir.
Musavat.com bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, sərnişinlər yaxın zamanda digər təyyarə ilə yola düşəcəklər.
Əlavə suallar üçün aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçtu vasitəsilə müraciət etmək olar.