AZAL Çinin “Hainan Airlines” şirkəti ilə əməkdaşlığa başlayıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) kommersiya əməkdaşlığı çərçivəsində Çinin “Hainan Airlines” şirkəti ilə xüsusi proreyt sazişi imzalayıb.

Musavat.com bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, sənəd hər iki aviaşirkətin sərnişinlərinə vahid aviabilet və cəlbedici tariflərlə Bakı və Pekindən keçərək yeni istiqamətlər üzrə səyahət etmək imkanı verir.

Saziş çərçivəsində AZAL-ın sərnişinləri Pekin vasitəsilə “Hainan Airlines”ın Çində həyata keçirdiyi 28 istiqamətə çıxış əldə edirlər. Bundan əlavə, “Hainan Airlines” AZAL-ın sərnişinlərinə Pekindən Banqkok, Phuket, Tokio və Taypey kimi beynəlxalq istiqamətlər təklif edir.

Aviabiletləri AZAL-ın rəsmi kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

13.12.2023 18:34
360