Azad edilmiş rayonlarda yeni yaradılmış iş yerlərinin SAYI - SİYAHI

2024-cü ilin I rübündə işğaldan azad edilmiş rayonlarda 292 yeni iş yeri yaradılıb.

Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.9 dəfə artıb. Belə ki, 2023-ci il I rübündə işğaldan azad edilmiş rayonlarda 101 yeni iş yerləri yaradılıb.

Qeyd edək ki, cari ilin yanvar-mart ayları ərzində ən çox yeni iş yeri Laçın və Cəbrayılda yaradılıb. Belə ki, hesabat dövründə Laçında 152, Cəbrayılda isə 32 yeni iş yeriləri yaradılıb.

Xatırladaq ki, hesabat dövründə azad edilmiş rayonlarda 54 yeni müəssisə və təşkilat yaradılıb.

Aşağıdakı cədvəldə 2023-ci ilin I rübündə və 2024-cü ilin I rübündə yeni yaradılmış iş yerlərinin sayı verilib.//APA

İşğaldan azad edilmiş ərazilər 2023-cü il I rüb 2024-cü il I rüb
Xocalı 4 2
Qubadlı 1 2
Xocavənd 15 4
Xankəndi - 9
Ağdam - 15
Füzuli 9 23
Zəngilan 1 24
Şuşa 18 29
Cəbrayıl 15 32
Laçın 21 152
Kəlbəcər 17 -
24.05.2024 14:40
2146