Əmanətlərin Sığortalanması Fondunun (ADIF) keçmiş icraçı direktoru (2007-2017-ci illər) Azad Cavadova yeni vəzifə verilib.
Musavat.com-un "Report"a istinadən məlumatına görə, o, "Finex Kredit" bank olmayan kredit təşkilatının (BOKT) Müşahidə Şurasının sədri təyin edilib.
Azad Cavadov BOKT-un rəhbərliyində Rəşad Qasımovu əvəz edib.
Xatırladaq ki, "Finex Kredit" 2013-cü ildə yaradılıb.