"Az qala komaya düşəcək vəziyyətdə olanda da paylaşmadım"

"Sizi rahatsız etdiyimə görə üzr istəyirəm, artıq yaxşıyam. Heç bilmirəm necə oldu belə bir status paylaşdım. Adətən mən insanları belə şeylərlə yükləməyən birisiyəm. Hətta, koronanın ən ağır mərhələsindən keçib və bir ay öncə 65/35 təzyiqi ilə az qala komaya düşəcək vəziyyət də belə paylaşım etməmişəm".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülzar Qurbanova sosial şəbəkə hesabında yazıb. Bir neçə gün əvvəl səhhətində ciddi problem yarandığını açıqlayan aktrisa hazırda özünü yaxşı hiss etdiyini bildirib:

"Yəqin, sizə ehtiyac duymuşam deyə yazdım. Şərhlərinizi bir-bir oxudum, xüsusən vatsapda kövrəldiyim də oldu, sevindiyim, hətta qürurlandığım da. Xoş sözlərinizə görə, hər birinizə ayrı ayrılıqda yaza bilməsəm də, xüsusi təşəkkür edirəm. Bu qədər həssas və təmənnasız dostlarım məni  həm də həyata baglayır, yaşamağa məcbur edir.

Əzizlərim, hələ gücüm yoxdur danışmağa".

24.01.2024 12:03
667