“Yaxın gələcəkdə İran İslam Respublikası nüvə dövlətinə çevriləcək”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddianın müəllifi yerli politoloq Armen Ayvazyandır.
“Hadisələrin bu qaçılmaz inkişafı regionda qurulan geostrateji və güc balansını İranın xeyrinə xeyli dəyişəcək. Ermənistan Respublikası ən azı 10-20 illik sabit və təhlükəsiz inkişaf əldə edə bilər, çünki İran öz şimal sərhədlərinin təhlükəsizliyini gücləndirməli və Turan təhlükəsini neytrallaşdırmalı olacaq. Bu vəziyyətdə Ermənistana əsas rol düşür. İran nüvə silahının sahibinə çevrildiyi andan Azərbaycanın Ermənistana hücum ehtimalı kəskin şəkildə azalacaq, - deyə Ayvazyan yazıb.
Musavat.com