Aytən zəlzələ zamanı dediyi sözü tənqid edənlərə cavab verdi

Aparıcı Aytən Səfərova efirdə "lüstr" rus sözündən istifadə etdiyi üçün tənqid olunub.

Milli.Az xəbər verir ki, aparıcı bu gün səhər saatlarında Bakıda baş verən zəlzələni şərh edərkən "Operator lüstru göstərə bilər" sözlərini söyləyib. Onun bu ifadəsi isə sosial şəbəkədə tənqid edilib, ona irad bildirilib.

Səfərova axşam.az-ın instaqram hesabında şərh yazaraq, istifadəçilərə belə cavab verib:

"Lüstr sözü bütün dillərdə istifadə olunur. "İşıqlandırma" mənasındadır. ÇilÇırağa onu biz döndərmişik. Göstərdiyimiz isə nə çildir, nə çıraq. Dil məsələsində mənə irad tutanlar bir az maariflənsin, sonra yekəbaşlıq etsin".

07.12.2023 14:02
1781