Aparıcı Aytən Səfərova uzun müddətdən sonra ilk dəfə efirə çıxıb.
Aparıcı yenidən həmkarı Mehman Rəsulovla yenidən "Xəbər ertəsi" proqramını təqdim edəcək.
Xatırladaq ki, Aytən Səfərova bu ilin aprelində avtomobil qəzasına düşüb. "Hyundai" markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış "KİA"ya çırpılıb.
A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib./BAKU.WS