Aparıcı Aytəkin Mərdanova plastik əməliyyat etdirdiyini etiraf edib.
Aparıcı bu haqda "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, 1 ay əvvəl bıçaq altına yatıb:
"Veriliş başlayandan hamı dedi ki, səndə dəyişiklik var. Açıqlamırdım. "İstanbul NS" klinikasının plastik-cərrahı Sebahatdin Kandal əməliyyat etdi. 1 ay keçib".
Aytəkin bədənşkilləndirmə etdiyini vurğulayıb.
"Dedim ki, efirdə artıqçəkili görsənirəm. Əsasən də qollarım kök görünürdü. İdman etdirməyə isə tənbələm, vaxtım yoxdur". (Axşam.az)